Honda Civic yenidən imicini dəyişdirib. Kosmik dizayn və “təkhəcmli” silueti ilə bağlı təcrübələrə son verilib.

Modelin on birinci nəsli daha ənənəvi və sanballı görünür. Ancaq yeni Civic modelini təqaüdçülər ünvanlamış avtomobil kimi qəbul etməyə tələsməyin. Yaponlar yeni Civic sedanının bu modelin tarixindəki ən yaxşı sürücü sedanı olduğunu iddia edirlər!

On birinci nəsil Honda Civic sedanı Amerika bazarında bu ilin yayında satışa çıxacaqdır.