Honda-nın Urban EV konsepsiyası ilə hazırlanmış yeni şəhər içi elektrik mühərrikli avtomobili “Honda-e” adlandırıldığı halda, yeni nəsil Jazz modeli hibrid olaraq istehsal edilib.

İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Honda-nın “Elektrikli görünüş” satrategiyasına əsasən 2025-ci ilədək bütün modellərin elektrik mühərrikli olacağı planlaşdırılır. Marka, Avropa bazarına yönəlik “Elektrikli görüşün” strategiyasına əsasən tamamən elektrikli şəhər avtomobilinin adı “Honda-e” olaraq açıqlanıb. Yeni nəsil jazz modelini isə “İntelligent Multi-Mode Drive” (i-MMD) texnologiyasına sahib olan hibrid güc ilə satışa çıxaracaq.

2019 Cenevrə Avtomobil Sərgisində hazırlanmış prototipi ilə nümayiş olunan Urban EV konsepsiyasından irəli gələn model mükəmməl hesab edilmiş və Avropada 22 min ədəd həmin avtomobilə tələb olduğu deyilmişdi.

Honda-nın populyar kiçik xeyzbek modeli olan Jazz-ın yeni nəslində istifadəyə başladılacaq i-MMD hibrid sistemi, yeni CR-V-nin hibrid versiyasında da var. Mühərrikinin effektivliyi ilə diqqət çəkən i-MMD hibrid sistemi, Honda-nın 2025-ci il “Elektrik görünüş” strategiyasında Jazz modelinin yeni nəslində yer alacağı deyildiyi halda, maşının ilk nümayişi Tokio Avtomobil Sərgisində olacaq.