Hindistan 2014-cü ildən bəri silah və müdafiə məhsulları ixracını 35 dəfə artırıb.
İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin Baş nazir Narendra Modi Əhmədabadda keçirilən seçki mitinqində çıxışı zamanı deyib.
“2014-cü ildə Hindistan 72 milyon dollar dəyərində müdafiə təyinatlı məhsullar ixrac edib, indi isə bu rəqəm 2,5 milyard dollardan çoxdur”, - deyə o qeyd edib .
Qeyd edək ki, Hindistan 85 ölkəyə müdafiə məhsulları tədarük edir.
Gözəl Həşimova