İyunun 7-dən H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat yayıb.

Bildirilib ki, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq yenidən sərnişinlərimizin xidmətində olacaq.