Apple şirkətinin dünənki təqdimat tədbiri zamanı rus hackerlərdən ibarət REvil adlı qruplaşma şirkətin əsas tərəfdaş istehsalçılarından brinin serverlərinə kiberhücum reallaşdırıb. Söhbət, Tayvanın Quanta Computer şirkətindən gedir. Qeyd etmək lazımdır ki, bu şirkət Apple, Dell, HP və Google kimi nəhənglər üçün kompüter istehsalı ilə məşğul olur. Hackerlərin verdikləri məlumata əsasən onlar Quanta Computer-in serverlərinə daxil olub ordan hələ təqdim olunmamış yeni MacBook modelinin çertyojlarını oğurlayıblar. Həmin çertyojlarda isə təqdim olunmamış MacBook modelinin texniki özəllikləri barəsində məlumatlar əks olunublar. Məlumata əsasən cihaz barəsində sənədlər keçən ay yaradılıb.