“Ölkə ərazisində başlayan güclü şimal-qərb küləyi və yağıntılı hava şəraiti mülayimləşəcək”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, bu gün axşama doğru yağıntılar kəsiləcək:

“Eyni zamanda, güclü şimal-qərb küləyi tədricən mülayimləşəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.