Avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə İqtisadiyyat.az-a Milli Hidormetereologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.