Floridada yerləşən "Eve" şirkəti bu yaxınlarda "Air Mobility" hava taksi prototipini təqdim edib.

İqtisadiyya.az bu barədə "Techkult"a istinadən xəbər verir.

Məlumata görə,  yeni məhsul Böyük Britaniyada keçirilən 45-ci"Farnboro Aviasiya Sərgisi"ndə ictimaiyyətə və ekspertlərə nümayiş etdirilib.

"Air Mobility" layihəsi nəinki zəngin investorlar tapıb, həm də potensial müştərilər üçün maraqlı olub. Şirkət yeni hava taksiləri almaq üçün 2900 məktub aldığını bildirib. 13 ölkədən 30 müştəridən ilkin sifarişlər qəbul edilib. Belliklə, "Embraer's Eve" hava taksisi dünyada ən çox satılan taksi olub.

"Air Mobility"ni bir sıra uzaqdan idarəetmə testləri gözləyir. Bunun ardınca ilk təyyarə uçuşu olacaq. "Eva"nın yaradıcısı Braziliyanın "Embraer" şirkəti dünyada üçüncü ən böyük kommersiya təyyarəsi istehsalçısıdır.