“Yeni alınan qatarların Bakıya gətirilməsi prosesi başlayıb. Ümumilikdə 3 il ərzində 65 vaqon alınacaq ki, onlardan 35 vaqon, yəni 7 qatar bu il Bakıya gətiriləcək”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, bu il ərzində yeni alınan 7 qatar xəttə buraxılacaq: “Növbəti illər ərzində digər 30 vaqonun Bakıya gətirilməsi nəzərdə tutulub. Bu qatar və vaqonlar istismar müddətini başa vuran qatar və vaqonların əvəzinə alınır”.