Bu ilin yanvar-avqust aylarında Çin digər ölkələrlə ticarət dövriyyəsini illik müqayisədə 3,7% artıraraq 4,02 trilyon dollara çatdırıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında deyilir.
Hesabat dövründə, Çinin ixracı 4,6% artaraq 2,31 trilyon dollar təşkil edib, idxal isə 2,5% artaraq 1,71 trilyon dollara çatıb. Çinin səkkiz aylıq profisiti 11,2% artaraq təxminən 608,5 milyard dollar olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarəti 1,9 trilyon dollar olub.
Gözəl Həşimova