Abşeron rayonunda yeni yaradılan Şəfəq qəsəbəsində parkın əsaslı təmiri işlərinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyəti tərəfindən hazırlıqlar aparılır.

Park daxili sahədə abadlıq və yenidənqurma işləri aparılacaq, yeni ağaclar və güllər əkiləcək.

Eləcə də ərazidə taxta materialdan skamyalar quraşdırılacaq, park zibil qutuları ilə təmin ediləcək və idman avadanlıqları ilə təchiz olunacaq.

RİH təmir işlərinin 340 min manata başa gələcəyini ehtimal edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin bu il imzaladığı qanunla rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılıb və ona qəsəbə statusu verilib. Şəfəq qəsəbəsi Azərbaycanın ərazi vahidlərinin dövlət reyestrinə daxil edilib.