Şərab, konyak və araq istehsalçısı olan “Gəncə Şərab–2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq oktyabrın 7-nə təyin olunub.

Yığıncağın müzakirəsinə aşağıdakı məsələlər daxildir:

1. “Gəncə Şərab-2” ASC-də struktur dəyişiklikləri.

2. Səhmdar cəmiyyətin idarə heyətinin (icra orqanının) seçilməsi.

Qeyd edək ki, nizamnamə kapitalı 10 685 340.69 manat olan şirkətin qanuni təmsilçisi Babazadə Saleh Nadir oğludur.