Bu gün U-21 yığma komandamız AVRO-2025-in (U-21) seçmə mərhələsi çərçivəsində daha bir oyun keçirəcək.

İqtisadiyyat.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda Serbiya yığmasını qəbul edəcək.

Azərbaycan yığması Serbiyadakı görüşdə rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.

19:00 Azərbaycan (U-21) – Serbiya (U-21)

“Dalğa Arena” stadionu, Bakı

Baş hakim Bastien Deçepu (Fransa)