Amerika Futbol Liqasında (NFL) tarixi müqavilə imzalanıb.

İqtisadiyyat.az xəbər verir ki, liqanın iddialı komandalarından biri olan "Dallas Kovboys" təcrübəli yarımmüdafiəçi Dak Preskottla müqaviləni yeniləyib.

31 yaşlı Preskott komandası ilə 4 illik 240 milyon dollarlıq müqavilə imzalayıb.

İllik 60 milyon dollar qazanacaq Dak Preskott bununla da NFL tarixində bir ildə ən çox pul qazanan idmançı adını ələ keçirib.

"Dallas Kovboys" yeni mövsümün ilk oyununa bir gün qalmış tarixi müqaviləni elan edib

Ulduz pleymeyker ilk qarşılaşmada puluna dəyər verəcəyini göstərdi. "Dallas"ın "Klivlend"i 33-17 hesabı ilə məğlub etdiyi matçda qələbənin memarı Dak Preskott olub.

"Dallas Kovboys" sonuncu dəfə 1995-ci ildə NFL çempionluğunu qazanmışdı.