Yaponiyanın "Toyota" şirkəti 2023-cü ilin ən qiymətli avtomobil markası seçilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Interbrand” konsaltinq agentliyi məlumat yayıb.

Şirkət 2023-cü ildə dünyanın ən yaxşı brendləri reytinqində isə 6-cı yerdə qərarlaşıb.

Siyahıda ilk 10-luğa üç avtomobil markası daxil olub. Reytinqdə 7-ci yerdə "Mercedes-Benz", 10-cu yerdə isə "BMW" gəlir.

Reytinqə həmçinin "Tesla" (12-ci yer), "Honda" (27-ci yer), "Hyundai" (32-ci yer), "Audi" (45-ci yer), "Porsche" (47-ci yer), "Volkswagen" (50-ci yer), "Ford" (51-ci yer), "Nissan" (63-cü yer), "Ferrari" (70-ci yer), "KIA" (88-ci yer) kimi avtomobil markaları daxil edilib.

 

Gözəl Həşimova