Gəncədə çaydan meyit tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov hadisə haqqında APA-nın sorğusuna cavab verib.

O bildirib ki, iyul ayının 30-da saat 18 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit eksperrizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.