2023-cü Almaniyanın dövlət borcu rekord həddə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Məlumata görə, ötən ilin sonuna qədər Avropanın ən böyük iqtisadiyyatının dövlət borcu 2,45 trilyon avroya çatıb. Ölkənin borcu 2022-ci ildən bu yana 77 milyard avro və ya 3,3 faiz artıb.

Məbləğin əsas hissəsi federal borcun payına düşür - 1,7 trilyon avro.

 

Gözəl Həşimova