Daxili ticarət haqqında qanunvericilik çox vacibdir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, bu istiqamətdə digər qurumlarla birgə işçi qrupu təşkil edilərək layihə hazırlanıb və razılaşma mərhələsindədir.

“Razılaşma prosesi bitdikdən sonra layihə Milli Məclisə təqdim olunacaq”, - deyə o bildirib