“Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə baş meneceri Kamran İsgəndərov “Avromed” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilib. O bu vəzifədə Kamran Ağasını əvəz edib. 

22 il “Coca Cola” şirkətində müxtəlif vəzifələrdə çalışmış həmyerlimiz, o cümlədən Qazaxıstan üzrə marketinq və ölkə meneceri olub. 

K. İsgəndərov Türkiyənin Boğaziçi Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr, Azərbaycanda Xəzər Universitetinində biznesin idarəedilməsi üzrə magistr təhsili alıb.