Son illərdə "davamlı enerji" sahəsinə böyük sərmayələr yatıran Çin, Norveçin bütün illik enerji ehtiyacını ödəyə biləcək gücdə "dünyanın ən böyük külək turbinli elektrik stansiyası" qurmağı planlaşdırır.
İqtisadiyyat.az xəbər verir ki, ölkənin cənub-şərq sahillərində Tayvan boğazında tikiləcək "nəhəng enerji təsərrüfatı"nın illik istehsal gücü 43,3 giqavat (GW) olacaq.
Çinin Quandun əyalətinin sahil şəhəri olan Çaozhoudan 75 kilometr aralıda tikiləcək enerji ferması təqribən 10 kilometr uzunluğunda olacaq və minlərlə sifarişli nəhəng turbindən ibarət olacaq.
Tayvan boğazının küləkli yerləşməsi səbəbindən digər enerji təsərrüfatlarına nisbətən daha uzun müddət xidmət etmək üçün nəzərdə tutulan obyekt gündə 12 saat (təxminən 43-49 faiz) elektrik enerjisi istehsal edəcək.
Obyekt üzərində işlərin 2025-ci ilə qədər başlaması planlaşdırıldığı halda, o, "dünyanın ən böyük külək elektrik stansiyası" adını keçəcək. Hazırda bu titul Çinin şimalında yerləşən illik gücü 20 gigavat olan Jiuquan Külək Elektrik Stansiyasına məxsusdur.

Məhəbbət Məmmədov