2022-ci ildə AzerGold QSC-nin 61 074 unsiya qızıl, 122 147 unsiya gümüş hasil etməsi planlaşdırılır.

Bu barədə AzerGold QSC-nın İdarə heyətinin sədri Zakir İbrahimov məlumat verib.

O bildirib ki, 2021-ci ildə hasilat göstəriciləri 61,5 min unsiya qızıl, 134,4 min unsiya gümüşə çatdırılıb:

“Qızıl hasilatı plandan 11 faiz, gümüş hasilatı isə 55 faiz daha artıq icra edilib. 2020-ci illə müqayisədə 2021-ci ildə qızıl hasilatı üzrə 2,5 faiz, gümüş hasilatı üzrə 10,9 faiz artım qeydə alınıb”.