Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların gömrük rüsumundan azad olunan nomenklaturası müəyyənləşib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla həmin rayonlarda tikilən hava limanları üçün malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahı təsdiqlənib.