Bu gün Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclası keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, iclas Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun və Moldova tərəfdən həmsədri, bu ölkənin baş nazirinin müavini Andrey Spinunun iştirakı ilə baş tutub.

İclasdan əvvəl rəsmilər ikitərəfli görüş keçirib. İclasın yekununda protokol imzalanacağı gözlənilir.