Bakı-Sumqayıt yolunda hazırda nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.

İqtisadiyyat.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb yolun DYP-nin Ekologiya Postu qarşısından keçən hissəsində yük avtomobilinin (TIR) aşmasıdır.