Artıq tez-tez çökməsi ilə məşhur olan və adi hala çevrilən Babək prospektində bu səhər yenə qəza baş verib. Avtosfer.az xəbər verir ki, "Mercedes" markalı avtomobil yolun çökməsi nəticəsində qəzaya düşüb. Daha sonra ətrafdakı obyektlərin sahibləri tərəfindən həmin çökən hissəyə avtomobil təkəri qoyulub. 
"SOCAR" YDM-in yaxınlığında baş verən hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. 
Xatırladaq ki, bir ilə yaxındır istifadəyə verilən Babək prospekti artıq 4-cü dəfədir ki, çökür.