Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı Kosovolu Akil Qyakova ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Heydərov həlledici mərhələyə vəsiqə qazanıb. Finalda Hidayətin rəqibi Fransa idmançısı Gaba Benjamin olacaq