Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yanğın baş verib.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə sözügedən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli aşayış binasının birinci mərtəbəsinin artırmasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb".