Pakistan Çin, Səudiyyə Ərəbistanı və BƏƏ-dən borcun ödənilməsini təxirə salmaq üçün razılıq istəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistanın maliyyə nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin borcu 12 milyard dollardan çoxdur.

Bildirilib ki, Pakistanın Çin banklarına illik borcu 5 milyard dollar, Səudiyyə Ərəbistanına 4 milyard dollar, BƏƏ-yə 3 milyard dollardır.

Pakistanın statistik məlumatlarına görə, 2023-cü ildə ölkənin ümumi xarici borcu 125,702 milyard dollara çatıb.

 

Gözəl Həşimova