Ağdərə rayonu Umudlu kəndinə 35 kV-luq elektrik veriliş xətti çəkiləcək.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd edilib ki, məqsəd yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunmasıdır.

"Azərişıq" işlərin 1,6 milyon manata başa gələcəyini ehtimal edir.