Bu ilin yanvar-mart aylarında Azərbaycanda 976,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,7% çoxdur.

Son 1 ildə ölkədə istehsal edilmiş bitkiçilik məhsullarının dəyəri  3,4% artaraq 46,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% faiz artaraq 929,9 milyon manat təşkil edib.