Bu ilin birinci yarısında Azərbaycan 158,3 milyon ABŞ dolları məbləğində 223,4 min ton meyvə-tərəvəz idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,2% çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 1,79 %-ni təşkil edib.

 

Gözəl Həşimova