Bu ilin birinci yarısında Azərbaycan 71 milyon dollar dəyərində kərə yağı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 51% və ya 24 milyon dollar çoxdur.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,80 %-ni təşkil edib.

 

Gözəl Həşimova