Bu ilin birinci yarısında Azərbaycan düyü idxalına 41 milyon dollar xərc çəkib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 milyon dollar çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,46 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni aylarında ölkəyə idxal edilən düyü 32,5 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova