Bu ilin birinci yarısında Azərbaycan 10,3 milyon dollar dəyərində süd idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,6 milyon dollar azdır.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.12 %-ni təşkil edib.

 

Gözəl Həşimova