Bu ilin birinci yarısında Azərbaycan 136,9 milyon dollar dəyərində 114,2 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 16,2 milyon dollar artıb.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 120,7 milyon dollar dəyərində 108,1 min ton pomidor ixrac edilib.

 

Gözəl Həşimova