İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə İqtisadiyyat.az a nazirlikdən bildirilib.

Məlumata görə, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.

Nəqliyyat vasitələrinin hərracına isə maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Onlar əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013-cü illər arasında dəyişir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sKmjK)

Növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.