"Visa" və "Mastercard" ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib.

Bu səbəbdən Azərbaycan banklarının kartları Rusiya ərazisində işləməyəcək.

 Bank kartlarının Rusiyada işləməməsi ilə bağlı  Azərbaycanın bəzi bankları müştərilərinə bildiriş göndərib. Banklar kartlarda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edir.