Bu ilin yanvar-mart aylarında Azərbaycandan 3 413,70 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

İxracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% azalıb.

Cari ilin ilk üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,68%-ə bərabər olub.