Qazın mart fyuçersləri min kubmetr üçün 890-915 ABŞ dolları civarında dəyişib.

Bu qiymət ötən günün qiymətlərindən 2,7% yüksəkdir.

Ötən ilin yazından başlayaraq, Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Ekspertlər bu amillər sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin sürətdə artması, tədarükçülərin təklifinin məhdud olması və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olmasını göstərirlər.