Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birbaşa müdaxiləsi ilə Ağdamda yerləşən tarixi Sultanbud kurqanına edilən qanunsuz müdaxilənin qarşısı alınıb

Bu barədə İqtisadiyyat.az a Dövlət Xidmətindən məlumat verilib.

"Sözügedən məsələdə ictimai iştirakçılığı ən yüksək səviyyədə nümayiş etdirən belediyye.info saytının təsisçisi, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İB-nin sədri Vüqar Tofiqliyə təşəkkür edirik", - məlumatda deyilir.