ABŞ-ın Corciya ştatında kimya zavodunda güclü yanğın baş verib.

Yanğına səbəb silsilə partlayışlar olub.

Səlahiyyətlilər müəssisənin əməkdaşlarını və ona bitişik qəsəbələrin sakinlərini təxliyə ediblər.

İqtisadiyyat.az Qlinn dairəsinin hakimiyyət orqanlarına istinadən bildirir ki, zavod təxliyyə edilib. Üç mil radiusda sakinlərə yerindəcə qapanma əmri verilib. Bir millik zona isə evakuasiya olunub

Məlumata görə, üç yaşayış məntəqəsi boşaldılıb.

Hələlik hadisə nəticəsində bir yanğınsöndürənin öldüyü məlumdur. Yanğının lokallaşdırıldığı bildirilir.