Telefonunuz oğurlanarsa, nə etmək lazımdır? Rusiya keyfiyyət sisteminin (Роскачество) mütəxəssisləri belə bir ssenari üçün bir neçə tövsiyə təklif ediblər ki, bu da mümkün qədər zərərin qarşısını almağa kömək edəcəkdir.

İqtisadiyyat.az xəbər verir ki, telefon itdikdə ilkin olaraq mobil xidmət mərkəzinə baş çəkmək və ya başqa telefondan ora zəng etmək lazımdır. Şirkət işçilərindən telefon nömrəsinin dərhal bloklamasını tələb edin. Bu yolla, cinayətkarın bank proqramlarına çıxışı dayandırılacaq.

Sonra bankla əlaqə saxlayın və kartlarınızın bloklanmasını tələb edin. Bununla da oğru sizin kartınızdan istifadə edə bilməyəcək.

Növbəti addım kompüterdən "Google" və ya "iCloud" vasitəsilə e-poçt və sosial media hesablarınızın parollarını dəyişdirin.

Son addım olaraq hadisə barədə polisə məlumat vermək tövsiyə olunur. Telefonun tapılmasını asanlaşdırmaq üçün hüquq-mühafizə orqanlarına oğurlanmış cihazın IMEI kodunu təqdim etmək lazımdır.

 

Gözəl Həşimova