"Topxana Layihə İnşaat" MMC Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Suvarma Sistemləri İdarəsinin elan etdiyi tenderin qalibi olub.

İqtisadiyyat.az xəbər verir ki, bir müddət əvvəl İdarə "Mexanizmlərlə Kollektor Drenaj Şəbəkələrin lildən təmizlənməsi işlərinin satın alınması" ilə bağlı tender elan edib.

Belə ki, tenderin qalibi olan "Topxana Layihə İnşaat" MMC ilə 229.205.93 manat məbləğində müqavilə imzalanacaq.

Xatırladaq ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Sözügedən şirkətin adı mətbuatda qalmaqallarla yadda qalıb. İnternet üzərindən şirkətin adını axtarış verərkən həmin materiallar da üzə çıxır.

Gülşən Şərif