Təhsil almaq üçün ötən il üzrə ən yaxşı ölkələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə reytinqi "World Report" hazırlayıb.

Təhsil üçün ən yaxşı ölkələr reytinqi 17 mindən çox insan arasında keçirilən qlobal sorğudan və bir neçə faktorlar əsasında hazırlanıb. Bu faktorlara ölkənin yaxşı inkişaf etmiş dövlət təhsil sisteminə malik olması, insanların orada universitetə daxil olması və həmin ölkədə yüksək keyfiyyətli universitetlərin olması daxildir.

Araşdırmalara görə, ən yaxşı universtetlər Amerikadadır.

Təhsil üçün ən yaxşı ölkələr isə bunlardır:

  1. ABŞ
  2. Böyük Britaniya
  3. Almaniya
  4. Kanada
  5. Fransa
  6. Yaponiya
  7. İsveçrə
  8. Avstraliya
  9. İsveç
  10. Danimarka

Qeyd edək ki, Rusiya universtetləri bu siyahıda 27-ci, Türkiyə isə 30-cu yerdə qərarlaşıb.

 

Gözəl Həşimova