BİNƏQƏDİ RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 4 lot üzrə keçirilir::

lot 1 - Təsərrüfat malları
lot 2 - Ehtiyat hissələri
lot 3 - Abadlıq işləri
lot 4 - Mənzil fondunun təmiri işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov 10 (Əlaqələndirici şəxs :Vəli Əliyev, telefon :(012) 447-21-32) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 150 manat
lot 2 - 150 manat
lot 3 - 150 manat
lot 4 - 150 manat

Hesab:AZ45AİİB33010019441500223115
VÖEN100304361
Bank:Kapital Bank Binəqədi filialıÂ
Kodu:200156
VÖEN:9900003611
M/H:AZ37NABZ01350100000000001944
S.W.İ.F.T:AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət,
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır),
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış,
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları,
  10. Digər sənədlər:

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-03-19 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-04-04 17:00qədər Bakı, Məmməd Əmin Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov 10 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2019-04-05 12:00 tarixində Bakı şəhəri , M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 10 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.