Smartfon dünyasının nəhəngi "Apple" "iPhone 14" seriyası ilə yenidən rekordlar qırır. 

Lakin şirkət seriyanın istehsal mərhələsindən paylanması mərhələsinə qədər bir çox problemlərlə üzləşib. 

İqtisadiyyat.az xəbər verir ki, "Apple" "iPhone 14 Pro" modellərində tədarük çatışmazlığının olacağını bildirib.

Texnologiya nəhəngi Foxconn koronavirus səbəbi ilə fəaliyyətini dayandırmağa məcbur olub. Seriyanın "Pro" modelləri yalnız Foxconn-da istehsal olunurdu. 

Böyük sifariş sıxlığına baxmayaraq, "iPhone 14 Pro" istehsalı dayandırmaq məcburiyyətində qalıb

Məhəbbət Məmmədov