Britaniya avtomobil istehsalçısı Bentley-nin 2022-ci ildə satdığı lüks avtomobillərin sayı 15 mini ötüb.  

Bu barədə İqtisadiyyat.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir. 

Belə ki, 2021-ci illə müqayisədə satışlar dörd faiz artıb.  

Bentley-in baş direktoru Adrian Hallmark bildirib ki, Bentley öz tarixində yeni bir rekord qırıb: 

“Bu, gözlənilməzliyin daha bir ili idi. Biznes əhəmiyyətli maneələri dəf etdi və ardıcıl üçüncü il rekord satışlar təmin etmək üçün böyük möhkəmlik nümayiş etdirdi”. 

O qeyd edib ki, Çin istisna olmaqla, bütün dünyada aktiv satışlar müşahidə olunub.