Azərbaycan bu ilin yanvar-fevral aylarında 327,8 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 126,3 milyon dollar çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 13,40 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 454,2 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

 

Gözəl Həşimova