Bu ilin yanvar ayında Azərbaycana ümumilikdə 113 milyon 420 min dollar dəyərində 6 191 ədəd avtomobil idxal olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 690 ədəd azalıb.

Bu dövrdə avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 10,7 milyon dollar və ya 10,5% artıb.

 

Gözəl Həşimova