Avstriyalı "Formula 1" pilotu Gerhard Bergerin təxminən otuz il əvvəl İtaliyada oğurlanan "Ferrari"si tapılıb və ona təhvil verilib.

Bu barədə İqtisadiyyat.az AP-yə istinadən xəbər verir.

Böyük Britaniya polisləri "Formula 1" pilotundan oğurlanan "Ferrari"ni tapıblar. Belə ki, bu avtomobil Britaniyalı bir broker tərəfindən ABŞ vətəndaşına satılıb.

Qeyd edək ki, "Ferrari" şirkəti 1994-1996-cı illərdə "F512M" modelindən 501 ədədini istehsal edib. Avtomobilin maksimal sürəti saatda 315 kilometrdir.

 

Gözəl Həşimova